AZ

“Rusiyanın dünyanın böyük nüvə gücü olduğunu qəbul etməliyik”- Almaniyanın sabiq kansleri

“Nüvə silahından istifadənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək vacibdir”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel BBC-yə Ukraynadakı münaqişənin hazırkı mərhələsindən danışarkən deyib.

“Xoşbəxtlikdən, Çin də bir müddət əvvəl bu barədə danışdı. Biz qorxmamalıyıq, lakin Rusiyanın ABŞ-la birlikdə dünyanın ən böyük nüvə gücü olduğunu qəbul etməliyik”, – sabiq kansler deyib.

Merkel həmçinin əlavə edib ki, hakimiyyətdə olarkən Rusiya ilə, o cümlədən enerji sektorunda əməkdaşlığa can atırdı, çünki bu, Almaniyanın milli maraqlarına uyğundur.

O, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının Avropa ilə Rusiya arasında münasibətlərin soyuqlaşmasına səbəb olmasından təəssüfləndiyini bildirib.

Azpost.info

 

Seçilən
9
4
azpost.info

5Mənbələr