AZ

Müharibənin FAZASI DƏYİŞİR: “Əgər Rusiya taktiki nüvə silahından istifadə etsə…”

“Rusiya çalışacaq daha çox ərazi işğal etsin”.

Bu sözləri Qərb ölkələrinin müharibəyə hazırlaşmasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, NATO Rusiya toqquşması baş verməyəcək:

“Nüvə müharibəsi son zamanlar daha çox ön plana çıxır. Bir silah varsa, ondan istifadə həmişə mümkündür. Qərb Ukraynaya Rusiyanın dərinliklərini vurmaqla bağlı icazə verib. Bu da böyük müharibə riskini artırır. Amma taktiki nüvə silahından belə istifadə edilməsi sıfıra bərabərdir. Rusiya Şimali Koreyadan istifadə edə bilər, ancaq Çin bu qarşıdurmaya getməyəcək”.

“Rusiyanın qitələrarsı raketdən istifadə etməsi anlaşılandır. Çünki Rusiya bu qərarı verməsəydi, Qərb daha ağır qərarlar verə bilərdi. Avropa ölkələri müharibəyə hazırlığın mesajlarını verir. Sığınacaqların təmiri və modernləşdirilməsi yönündə addımlar atılır”, – əlavə edib.

“Əgər Rusiya taktiki nüvə silahından istifadə etsə, NATO Rusiyanın, ilk növbədə, Qara dənizdəki hərbi donanmasını sıradan çıxara bilər. Tramp prezident səlahiyyətlərini icra etməyə başlayandan sonra Rusiya Ukrayna müharibəsinin və İsrail İran qarşdurmasının səngiməsi gözlənilir. Rusiyanın qarşıda vaxtı var. Rusiya çalışacq ki, daha çox ərazi götürsün”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

Seçilən
41
yenicag.az

1Mənbələr