AZ

“Bizə daha faydalı olan bizim torpaqda yetişən məhsullardır”— Qida eksperti

“Vətəndaşlarımız əcnəbi məhsullara üstünlük verir. Meyvə alanda kənarı azca çürük olan kimi almaqdan imtina edirik. Əslində meyvə qurdunun yediyi meyvə, tərəvəzlər daha faydalıdır nəinki görünüşü gözəl olan. Yerli məhsula üstünlük verilməlidir. Çünki, radiusumuzda yetişən meyvə, tərəvəzləri istehlak etsək, daha çox vitamin, mineral qəbul etmiş olacağıq. Bizə daha faydalı olan bizim torpaqda yetişən məhsullardır. Bizim torpağımızda yetişən otlarla bəslənən mal-qaranın südündə də, ətində də bizim üçün faydalı elementlər çox olur. Ən unikalı yerli məhsulların istehlak olunmasıdır”. 

Bu sözləri Demokrat.az-a qida məsələləri üzrə ekspert Ağa Salamov deyib:

“Burada iqtisadi siyasət məsələsi də var. Valyutamız ölkə kənarına çıxmasın. Daha çox ixrac edən ölkə olaq, idxal edən ölkə yox.

Məsələn, biz buğdanı, düyünü özümüz istehsal etməliyik. Başqa ölkədən gəlməli deyil. Yerli düyüyə üstünlük verməliyik. İstehsal nə qədər çox olsa, rəqabət də artacaq. Satış qiyməti ucuzlaşacaq. Biz bütün məhsulları özümüz istehsal edə bilərik”. 

O bildirib ki, bunun üçün fermaları, maldarlığı çoxaltmağa maraqlı olmalıyıq:

“Su təminatı regionlarda güclənməlidir. Fermerlərə dəstək olunmalıdır. Yerli məhsulların çoxaldılması, əkilməsi, becərilməsində kəndliyə dəstək verilməlidir.  Dövlət bu işlərə maraqlı olmalıdır. Bölgələrdə su ilə bağlı problemlər var.  Bu, problem üzərində ciddi işlər görülməlidir”. 

Əfsanə Kamal
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr