İsrail səfirliyi yaxınlığında silahlı qarşıdurma olub
İsrailin İordaniyadakı səfirliyi yaxınlığındakı əl-Rəbiyyə bölgəsində təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində bir nəfər həlak olub.
Reyting.az xəbər verir ki, İordaniya polis idarəsinin açıqlamasında bir nəfərin əl-Rəbiyyə bölgəsində fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinə atəş açdığı bildirilib.
Açıqlamada qeyd olunur ki, paytaxt Əmmanda İsrail səfirliyi yaxınlığında baş verən hadisədə atəş açan şəxs öldürülüb. Hücumçunun atəş açması nəticəsində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşının yaralandığı bildirilir.
Sözügedən hücumun İsrail səfirliyi ilə əlaqəli olub-olmadığına dair məlumat verilməyib.
ELÇİN