Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, o, qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Qeyd edək ki, Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal əldə edib. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir.