AZ

İŞİD Əfqanıstandakı partlayışların məsuliyyətini öz üzərinə götürdü

Əfqanıstanın Baqlan vilayətində azı 10 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

"Cebheinfo.az" xəbər verir ki, İŞİD terror təşkilatı sosial media hesabından verdiyi açıqlamada axşam saatlarında Nehirin rayonunda ibadət yerinə edilən silahlı hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.

“TOLO News”-a danışan Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid İŞİD-in hücumlarının onların idarəçiliyinin zəif tərəfini göstərdiyini etiraf edib və İŞİD-lə mübarizədə qətiyyət mesajı verib.

Xatırladaq ki, noyabrın 21-i axşam namazı zamanı əyalətdəki sufi icmasına məxsus ibadət yerinə silahlı basqın nəticəsində azı 10 nəfərin həyatını itirdiyi açıqlanmışdı.

Əfqanıstanda başda İŞİD terror təşkilatı olmaqla müxtəlif silahlı qruplar tez-tez silahlı və ya bombalı hücumlarla Əfqanıstan şiələrini və müxtəlif qrupları hədəfə alır.

Seçilən
6
cebheinfo.az

1Mənbələr