AZ

Sosial media platformaları Avstraliyada uşaqların girişini əngəlləməyi hədəfləyən qanun layihəsinin təxirə salınmasını istəyib

Sosial media platformaları Avstraliyada uşaqların girişini əngəlləməyi hədəfləyən qanun layihəsinin təxirə salınmasını istəyib

X, "Instagram", "Facebook" və "TikTok" sosial media platformaları Avstraliyada uşaqların sosial mediaya çıxışının qarşısını almaq üçün təklif olunan qanun layihəsinin təxirə salınmasını istəyib.Bu sosial media platformalarını ölkədə təmsil edən "Digital Industry Group Inc" şirkətinin meneceri Sunita Bose Senatda ifadə verib.Bose Avstraliya hökumətinin sosial media platformalarının uşaqlara təsirini araşdırmaq üçün yaratdığı qrupun işini 2025-ci ilin iyun ayında başa çatdıracağını qeyd edərək, uşaqların sosial mediaya çıxışının qarşısını almaq üçün təklif edilən qanun layihəsinin bu araşdırmalar yekunlaşana qədər təxirə salınması lazım olduğunu bildirib.Avstraliyalı senator Ross Kadellin sosial media platformalarında hesabların yaradılması ilə bağlı yaş məhdudiyyətləri sualını cavablandıran Bose, bu baxımdan platformaların təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.Bose təklif olunan qanun layihəsinin bəzi uşaqları təcrid edəcəyini və onları qaranlıq və daha az təhlükəsiz onlayn mühitlərə itələyəcəyini və qəbul edilərsə, uşaqların təhlükəsizliyinin risk altına düşəcəyini iddia edib.Senator Jacqui Lambienin niyə sosial media platformalarının uşaqları təhlükəli məzmundan qorumaq üçün bəzi alqoritmlərdən istifadə etməməsi ilə bağlı sualını cavablandıran Bose qeyd edib ki, bu cür alqoritmlər istifadə olunur və daha yaxşı işləməsi üçün investisiyalar davam etməlidir.Senata ifadə verən Avstraliyanın Rabitə naziri Mişel Rouland sosial medianın indiki formada uşaqlar üçün təhlükəsiz olmadığını bildirib.Rouland sosial mediaya girişin böyümənin müəyyənedici xüsusiyyəti olaraq görülməməsi lazım olduğunu qeyd edib.Mənbə: AA

Seçilən
6
afn.az

1Mənbələr