Azərbaycanla başqa ölkələrin vəziyyətini müqayisə etmək olmaz.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.
“Bəzi hallarda nazirlər ətraflı şəkildə rəqəmləri qeyd etdilər. Bəzi hallarda eşidirik ki, Cənubi Qafqazın digəır ölkələri ilə müqayisə edirlər. Azərbaycan o qədər inkişaf edib ki, Avropa, Şərqi Avropa ölkələri ilə müqayisə edilə bilər. Azərbaycanın özündən asılı olmayaraq bəzi sahələrə vsait ayırmağa məcburdur. 44 günlük Vətən müharibəsindən sonra minatəmizləməyə pul xərclənir. Bu olmasa, vəsait digər sosial problemlərin həllinə yönəldilər. 30 il xəstəxanalar, məktəblər dağıdılıb. Hər il 4 milyard ayrılır. Həmin pul müəllimin, həkimin maaşlarına əlavə kimi gedə bilərdi. 1 milyon qaçqın saxlamışıq, çörək pulu verilir, bu, Avropada bəzi ölkələrin əhalisi deməkdir. Azərbaycanın vəziyyəti ilə başqasını eyniləşdirmək olmaz”.