Bakı. Trend:
Sevindirici haldır ki, hər il büdcəmiz artır. Bəzi hallarda biziCənubi Qafqazın başqa dövlətləri ilə müqayisə edirlər. Hesab edirəmki, Azərbaycan elə bir inkişaf səviyyəsindədir ki, Cənubi Qafqazınhər hansı ölkəsi müqayisə olunan səviyyədə deyil. AzərbaycanAvropanın inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər.
Trend xəbər verir ki, bunuMilli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanıparlamentin Regional məsələlər komitəsinin sədri, deputat SiyavuşNovruzov deyib.
"Azərbaycanın özündən asılı olmayaraq düşdüyü elə proseslər varki, məcburdur bura vəsait ayırsın. Məsələn, Bolqarıstanda bu günmina təmizləməyə vəsait ayrılmır. Amma Azərbaycan məcburdur ki,ermənilər tərəfindən ərazilərimizdə basdırılmış 1 milyondan artıqminanın təmizləyib o torpağı yararlı vəziyyətə gətirsin.
Bunlar olmasa, həmin vəsait digər sosial problemlərin həllinəayrılar. İşğaldan azad olunmuş ərazilərin bərpasına 4 milyardvəsait nəzərdə tutulub. Bunlara olmasa idi, 4 milyard müəllimin,həkimin və digərlərin əməkhaqqının artırılmasına ayrılardı. Buməsələləri insanlara deməliyik", - deyə o əlavə edib.