AZ

COP29-a ev sahibliyi etməklə Azərbaycan beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirdi – Azər Qarayev

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi etməkləAzərbaycan beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirdi.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev bildirib.

“İqlim dəyişikliyi XXI əsrin ən ciddi qlobal problemlərindənbiridir. Bu fenomen yalnız ekosistemlərə deyil, həm də qlobaliqtisadiyyata, sosial ədalətə və beynəlxalq təhlükəsizliyə təsiredir. Buna görə də iqlim dəyişikliyinə qarşı mübarizə yalnız elmiaraşdırmalarla məhdudlaşmır, eyni zamanda güclü siyasi iradə vəbeynəlxalq əməkdaşlıq tələb edir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) bu məsələdə vacib qərarlarınqəbul edildiyi tədbir oldu. Bu tədbirin Bakıda keçirilməsiAzərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səhnədəkiyerini təsdiqlədi. Azərbaycan bu sammitə ev sahibliyi etməklə təkcəekoloji problemlərin həllinə töhfə vermədi, həm də beynəlxalqarenada artan nüfuzunu nümayiş etdirdi.

COP29 bir tərəfdən planetin gələcəyi üçün həlledici qərarlarınqəbul olunduğu bir məkan, digər tərəfdən isə Azərbaycanın müasir vəetibarlı tərəfdaş olaraq qlobal ictimaiyyətə öz mesajını çatdırdığıbir platforma oldu”, - o bildirib.

Politoloq qeyd edib ki, Bakıda keçirilən COP29-un ən önəmliyekunlarından biri, iqlim dəyişikliyi ilə mübarizədə qlobal maliyyədəstəyinin artırılması oldu.

“Sammitdə iştirak edən dünya liderləri inkişaf etməkdə olanölkələrin dəstəklənməsi üçün illik 300 milyard dolların ayrılmasınıtəsdiq etdilər. Daha öncə bu məbləğ 100 milyard dollar bərabəridi.

Bu maliyyə paketi iqlim dəyişikliyinin təsirinə qarşı həssasolan ölkələrin dəstəklənməsi, bərpa olunan enerji mənbələrinəkeçidin maliyyələşdirilməsi və təbii fəlakətlərin qarşısınınalınması üçün istifadə ediləcək.

Fondun böyük bir hissəsi Afrika, Cənub-Şərqi Asiya və LatınAmerikası kimi bölgələrdə yerləşən ölkələrə yönəldiləcək. Həmçinin,bu maliyyə vasitəsi ilə kiçik ada dövlətləri iqlim dəyişikliklərinəqarşı qorunmaq üçün texnoloji və infrastruktur həllərə çıxış əldəedəcəklər. Bu məbləğdən bir hissəsi yaşıl texnologiyalarıninkişafına və karbon emissiyalarının azaldılması üçün innovativhəllərə ayrılacaq”, - A.Qarayev bildirib.

Onun sözlərinə görə, COP29-da bir sıra digər vacib qərarlar daqəbul edildi.

“Belə ki, Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub,inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişafetmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və ZərərFondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbulolunub, Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillikŞəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğusahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyingöstərilməsinə dair qərar qəbul olunub. Eyni zamanda “Gender vəiqlim dəyişikliyi”, “Uyğunlaşmaya dair qlobal hədəf”, “Şarm əl-Şeyxyumşaltma ambisiyaları və icra iş proqramı” da daxil olmaqla, birsıra digər sənədlər təsdiqlənib”, - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanınbeynəlxalq miqyasda artan nüfuzunu və mühüm tədbirləri təşkil etməkbacarığını bir daha sübut etdi.

“Azərbaycan hökuməti bu tədbirə ev sahibliyi etməklə yalnızqlobal ekoloji problemlərin həlli istiqamətində fəallığını nümayişetdirmədi, həm də yüksək səviyyəli təşkilatçılıq standartlarınıdünya ictimaiyyətinə təqdim etdi.

COP29 dünyanın müxtəlif guşələrindən gəlmiş 70 mindən çoxiştirakçıya ev sahibliyi etdi. Qonaqlar arasında dövlət və hökumətbaşçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ekoloqlar,elm adamları və media nümayəndələri vardı”, - o bildirib.

Politoloq vurğulayıb ki, COP29 Azərbaycanın həm ekolojiproblemlərin həlli istiqamətində fəallığını, həm də yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini göstərdi.

“Tədbirin uğurla başa çatması Azərbaycanın beynəlxalq nüfuzunuartırmaqla yanaşı, ölkənin bu cür tədbirlər üçün əvəzedilməz birməkana çevrildiyini bir daha sübut etdi. Tədbirin yüksək səviyyədətəşkilatçılığı, 70 mindən çox qonağın iştirakı, orada qəbul edilənmühüm qərarlar COP29 ərəfəsində və keçirildiyi dövrdə Qərbin bəzimedia orqanları və siyasi dairələri tərəfindən Azərbaycanın imicinəzərbə vurmağa yönəlmiş qarayaxma kampaniyalarını dəf etdi”, - obildirib.

A.Qarayev qeyd edib ki, bu kampaniyaların uğursuzluğunun əsassəbəblərindən biri Azərbaycanın artıq beynəlxalq ictimaiyyəttərəfindən etibarlı tərəfdaş kimi tanınması idi.

“Bakı bu cür beynəlxalq tədbirlər üçün ideal mərkəz kimi qəbulolunur və ölkənin təşkilatçılıq təcrübəsi bu mövqeyi daha damöhkəmləndirdi. Tədbirin uğurla keçirilməsi həm də Azərbaycanın evsahibliyi üçün doğru seçim olduğunu göstərdi. Azərbaycan təkcəcoğrafi üstünlükləri və mədəni zənginliyi ilə deyil, həm də qlobalproblemlərin həllinə aktiv töhfə vermə iradəsi ilə fərqlənir.Qarayaxma kampaniyalarına rəğmən, COP29 Azərbaycanın qlobalsəviyyədə güclənən mövqeyini nümayiş etdirdi.

COP29 Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirərək,Bakının qlobal tədbirlər üçün əvəzedilməz bir məkana çevrildiyinibir daha göstərdi. Tədbir Azərbaycanın yalnız iqlim dəyişikliyi iləmübarizədə deyil, həm də beynəlxalq əməkdaşlıqda oynadığı mühümrolu vurğuladı. Bakı bu tədbirin uğurla keçirilməsi ilə beynəlxalqictimaiyyətə güclü mesaj göndərdi: Azərbaycan müasir dünyaproblemlərinin həllində etibarlı tərəfdaşdır”, - politoloq əlavəedib.

Məqalədə:
Seçilən
9
1
az.trend.az

2Mənbələr