AZ

İranın dini lideri: Netanyahu edam edilməlidir

İranın Ali Rəhbəri Ayətullah Xomenei İsrailin Baş naziri Benyamin Netanyahunun həbsi məsələsi ilə bağlı açıqlama verib.

Busaat.az xəbər verir ki, İRNA-nın məlumatına görə, Əli Xamenei Tehranda İnqilab Keşikçiləri Ordusuna bağlı milis qüvvələrinin üzvləri qarşısında çıxış edib.

İsrailin Qəzza və Livanda insanlığa qarşı törətdiyi cinayətlərdən danışan Xamenei qeyd edib:

“Netanyahu üçün həbs qərarı verilib, bu kifayət deyil. Onun cəzası ölüm cəzasıdır. Məsul İsrail liderlərinə ölüm hökmü verilməlidir”.

Mülki əhalinin yaşayış yerlərinin bombalanmasına reaksiya verən İran lideri deyib:

“Qəzzə və Livanda insanların evlərini bombalamaq qələbə deyil. Axmaqlar insanların evlərini, xəstəxanalarını bombaladıqları üçün qələbə qazandıqlarını düşünməsinlər. Heç kim bunu qələbə kimi görmür. Onların etdikləri qələbə deyil, cinayətdir”. Bakıvaxtı.az

Seçilən
2
4
busaat.az

5Mənbələr