Rusiyalı məşqçi Vasili Berezutski “Sabah”ın baş məşqçisi ola bilər.
İdmanxeber.az-ın “Legalbet.ru” saytına istinadən verdiyi məlumata görə, bakılılar rusiyalı mütəxəssislə danışıqlar aparır. Məşqçidə potensial gördükləri üçün klub Berezutskini bu posta təyin etməyə hazırdır.
2024-cü il yanvarın 1-dən Vasili Berezutski “Şanxay Şenxua”da köməkçi kimi çalışır. Mənbənin sözlərinə görə, Çin klubunun baş məşqçisi Leonid Slutski azərbaycanlılarla anlaşacağı təqdirdə Berezutskini buraxmağa hazırdır.
Noyabrın 25-də rusiyalının böyük ehtimalla karyerasını Bakı klubunda davam etdirəcəyi bildirilir.
“Sabah” 19 xalla Azərbaycan çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.