NATO-nun baş katibi Mark Rutte vəzifəsinin icrasına başladıqdan sonra bu gün ilk rəsmi səfərini Ankaraya edib.Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Danışıqlardan əvvəl o belə açıqlama vermişdi: "Ortaq təhlükəsizliyimizə qarşı olan problemləri həll etmək üçün Prezident Ərdoğanla görüşməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Rutteni Prezident Külliyesində qəbul edəcək.