Dünyanın ən yaşlı futbolçusu Qrem Beyli həyatla vidalaşıb.
Fanat.Az “Nationalworld”a istinadən xəbər verir ki, İngiltərənin “Şeffild Yunayted” və “Haddersfayld” klublarının sabiq müdafiəçi 104 yaşında ölüb.
Qeyd edək ki, Beyli peşəkar karyerasına 1937-ci ildə, 17 yaşında olarkən “Haddersfild”də başlayıb. Keçmiş müdafiəçi 1948-ci ildə “Şeffild Yunayted”ə transfer olunub. O, 1950-ci ildə futbolçu karyerasını bitirib.