Ağcabədi rayonunda bu günədək 26 min ton pambıq tədarük olunub. Havalar imkan versə ağcabədililər bu rəqəmi 40 min tona çatdırmaq fikrindədirlər. Hələ əl dəyməmiş 5 min hektar tarla durur, bu da təxminən 15-20 min ton pambıq deməkdir.
Bir vaxtlar rayonlar arasında pambıq və üzüm tədarükündə yarış gedirdi. Hər gün qəzetlərdə rəsmi cədvəl çap olunurdu ki, hansı rayon nə qədər pambıq və ya üzüm tədarük edib.
İndi deyəsən, bununla maraqlanan yoxdur. Ən azı «Xalq» qəzetində belə cədvəlləri dərc etmək olar. Və xalq da ölkəmizdə hansı rayonun nə qədər pambıq və ya üzüm, eləcə də taxıl tədarük etmələrini öyrənə bilərlər.