Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 221,3 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,3%, elektrik avadanlıqlarının istehsalı isə 29,6% artıb.
2024-cü ilin 10 ayında 1 636 ədəd notbuk (3,2 dəfə çox), 1 064 ədəd stolüstü kompüter, 426,3 min ədəd ölçmə cihazları, 827 ədəd güc transformatorları, 724 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.