AZ

Natiq Miri: İran-Azərbaycan birgə təlimləri SEPAH-ın iradəsindən asılı deyil...

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir...

Politoloq: “Bu İranda mövcud rejimin, xüsusilə də, Ali dini lider Xameneyinin və prezident Məsud Pezeşkianın iradəsidir. Yəni bu dövlət iradəsidir və bunu normal qarşılamaq lazımdır”.

“Eyni zamanda bu məsələlərin içində ən vacibi təhlükəsizlik məsələsidir. Yəni Azərbaycan əslində İranı özünə düşmən elan etməklə itələyici bir qüvvə olmaqdansa, İranla dostluq münasibətləri nümayiş etdirməklə, həm də düşmən Ermənistana buraxmaq istəmir”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycan-SEPAH təlimini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ərdəbildə Azərbaycanla İranın SEPAH xüsusi təyinatlılarının təlimləri başlayıb. Uzun illər boyu açıq şəkildə Ermənistanı dəstəkləyən və Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edərək ölkəmizə qarşı hər cür qarayaxma və təxribat mərkəzində olan SEPAH-ın Azərbaycan ordusu ilə birgə təlimlərini necə şərh etmək olar? Bir tərəfdə “Hüseyniyyun” terror təşkilatı ilə Azərbaycana qarşı konfrans, bir tərəfdə isə Azərbaycan xüsusi təyinatlıları ilə təlim keçirən SEPAH-ın bu davranışları nədən xəbər verir?

İran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Demək istədiyim odur ki, SEPAH-a qalmış olsaydı, əlbəttə, onlar Azərbaycanla düşmənçiliyə tətikləyərdi. Çünki Azərbaycana qarşı düşmənçiliyi mediadan tutmuş bütün strukturlarda nümayiş etdirən SEPAH-dır”.

İranda SEPAH-dan da daha böyük iradələrin olduğunu vurğulayan politoloq Poliqon-a açqılamasındaqeyd edib ki, bu güc mərkəzləriAzərbaycanla əməkdaşlıqda maraqlıdırlar:

“Bu təlimlər SEPAH-ın iradəsi deyil. Bu İranda mövcud rejimin, xüsusilə də, Ali dini lider Xameneyinin və prezident Məsud Pezeşkianın iradəsidir. Yəni bu dövlət iradəsidir və bunu normal qarşılamaq lazımdır. Çünki bu Azərbaycanla əməkdaşlığa qapının açıq buraxılması və daha da müsbət məcraya yüksəldilməsi işarətidir. Azərbaycan da ona uzadılan əli heç vaxt yarımçıq qoymayıb. Azərbaycan hər zaman qonşu ölkələrlə normal münasibətlərə, əməkdaşlığa hazırdır.

Eyni zamanda bu məsələlərin içində ən vacibi təhlükəsizlik məsələsidir. Yəni Azərbaycan əslində İranı özünə düşmən elan etməklə itələyici bir qüvvə olmaqdansa, İranla dostluq münasibətləri nümayiş etdirməklə, həm də düşmən Ermənistana buraxmaq istəmir. Dolayısı ilə bu həm də onu göstərir ki, İranın müəyyən mənada təhlükəsizliyində və digər sahələr üzrə əməkdaşlığında Azərbaycan Ermənistandan daha faydalıdır. Yəni sadəcə cılız geosiyasət xətrinə müsəlman Azərbaycan ilə düşmənçilik etmək, Azərbaycana qarşı Ermənistana yardım etmək, qonşu ölkəyə, xüsusilə müsəlman dövlətinə yaraşmaz.

Natiq Miri: “ SEPAH Azərbaycan işğalda olan torpaqlarını azad edəndən sonra maliyyə problemləri üzləşib”.

Buna görə də, bunu sadəcə SEPAH-ın iradəsi kimi qəbul etmək doğru olmazdı. Doğrudur, İranda SEPAH çox ciddi, həlledici güc mərkəzidir. Eyni zamanda SEPAH sadəcə güc mərkəzi deyil. SEPAH İran mərkəzində güc mərkəzi olmaqla bərabər, həm də idarəetmədə ciddi şəkildə iştirak edir. Bu baxımdan İranın bütün siyasi idarəedilməsində SEPAH da rol oynayır. Yəni təyinatların böyük əksəriyyəti, demək olar ki, hamısı məhz SEPAH rəhbərliyinin süzgəcindən keçir. Yaxud da SEPAH üzvləri bu idarəetmə orqanlarına rəhbər təyin edilir.

Demək istədiyim odur ki, SEPAH-a qalmış olsaydı, əlbəttə, onlar Azərbaycanla düşmənçiliyə tətikləyərdi. Çünki Azərbaycana qarşı düşmənçiliyi mediadan tutmuş bütün strukturlarda nümayiş etdirən SEPAH-dır. Çünki SEPAH Azərbaycan işğalda olan torpaqlarını azad edəndən sonra bir çox maliyyə problemləri üzləşib. Çünki narkotrafiq, silah satışı kimi qara dəliklər ləğv olunub. Azərbaycan öz nəzarətsiz əraziləri üzərində hakimiyyətini bərqərar edənd
n sonra bu qapılar qapadılıb. Buna görə də SEPAH tərəfdən Azərbaycana qarşı çox ciddi şəkildə düşmənçilik görürük.

Əlbəttə, məsələnin içərisində başqa amillər də var. Ancaq hər bir halda fakt onu göstərir ki, SEPAH-dan daha böyük iradələr var ki, bu iradələr Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Mənhesab edirəm i, məhz Məsud Pezeşkianın prezident seçiləndən sonra bu cür təlimlər keçirilməyə başlayıb”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr