AZ

2025-ci ilin büdcəsi iqtisadi fiskal hədəflərə uyğundur

"Bu gün biz müstəqillik tarixinin ən böyük büdcəsini müzakirə edirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2025-ci ilin büdcəsi iqtisadi fiskal hədəflərə uyğundur.

V. Bayramov nəzərə çatdırıb ki, yaşıl xərclənmə meyarından istifadə olunmalıdır ki, bu büdcə xərcləmələrinin səmərəliliyi baxımından vacibdir.

Deputat həmçinin bildirib ki, iqtisadi proqnozlaşdırmada yeni metodlardan istifadəyə ehtiyac var.

"2025-ci ildə makro-iqtisadi sabitliyin qorunub saxlanılması vacib amillərdən biridir. Amma real və nominal effektiv məzənnədə dəyişikliklərin olması da vacibdir. Həmçinin fiskal iqtisadi siyasətin valyuta bazarındakı tarazlığına ehtiyac var".

Mina Mikayılova

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr