AZ

Palata sədri: büdcə təsnifatı təkmilləşdirilməlidir




"Son illərdə ölkəmizdə dövlət maliyyə idarəçiliyi sahəsində bir sıra islahatlar keçirilib. Xüsusilə burada büdcə qaydasının və OMXÇ-nin tətbiqini, mühasibat uçotu sahəsində beynəlxalq standartlara keçidi və s. qeyd edə bilərəm. Hesab edirik ki, bu islahatlar davam etdirilməlidir. İslahatların növbəti fazası çərçivəsində büdcənin əsas parametrlərinin hesablanması metodikasına və təsnifləşdirilməsinə yenidən baxılmasını təklif edirik. Bunun üçün ilk növbədə vahid büdcə təsnifatında dəyişikliklər aparılmalı və qabaqcıl təcrübəyə uyğunlaşdırılmalıdır. Qeyd edim ki, hazırda qonşu ölkələrin bəziləri artıq bu praktikaya keçid ediblər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib. O bildirib ki, hazırda vahid büdcə təsnifatında fiskal balansın-kəsirin maliyyələşdirmə mənbələrinin təsnifləşdirilməsi öz əksini tapmır:

"Bu göstəricinin komponentlərindən biri də özəlləşdirmədən daxilolmalardır.
Kəsirin maliyyələşdirilmə mənbələrinin VBT ilə müəyyən edilməməsi icra prosesinə də təsirsiz ötüşmür və qeyri-müəyyənliklərin yaranması ilə nəticələnir. Rəydə özəlləşdirmədən daxilolmaların tərkibini araşdırmışıq və bu daxilolmaların tərkibinin bir hissəsinin birbaşa gəlir parametri ilə bağlı olduğunu müəyyən etmişik.

Hesab edirik ki, büdcə qaydasının hesablamalarının aparılması zamanı özəlləşdirilmədən daxilolmaların gəlir parametri ilə əlaqəli olmayan digər hissəsinin qeyri-neft daxilolmalarında nəzərə alınması məsələsinə də baxıla bilər".

Süleyman
Seçilən
30
1
newscenter.az

2Mənbələr