"Quru sərhədlərinin açılması 100 minlərləşəxsin Azərbaycana axını ilə nəticələnəbilər". "Olaylar" xəbvər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsi Zahid Oruc plenar iclasda çıxışı zamanıdeyib: "Xəzərin üzərindən 100 km-lərləməsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığınıqoruyub saxlaması asan olmayacaq. Vətəndaşlarımız bilir ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışmasıliderimizin siyasi məharətinin nəticəsidir. Lakin prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik.Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilənəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31