AZ

"Türkiyə xarici investisiyalar üçün etibarlı ticarət bazasına çevrilib", Ö.Bolat

Ticarət naziri Ömər Bolat Türkiyənin xarici investisiyalar üçün eynilə investisiya və etibarlı ticarət bazasına çevrildiyini bildirib.

Nazir Bolat İstanbulda Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkil etdiyi 28-ci Beynəlxalq Biznes Forumunda iştirak edib.

"Covid-19" pandemiyası, Rusiya-Ukrayna müharibəsi və regionlardakı gərginliyin hələlik dünya iqtisadiyyatı və ticarəti ilə bağlı həddən artıq optimist olmağa mane olduğunu vurğulayan nazir Bolat “Türkiyə olaraq baxdığımızda son 22 ildə 5,4 faiz artım tempi əldə etdik. 22 il əvvəl 230 milyard dollarlıq bir iqtisadiyyat olduğumuz halda, indi 1,2 trilyon dollarlıq bir iqtisadiyyata çatmaqdan qürur duyuruq" deyib.

İştirakçılara mal və xidmət ixracatındakı artımlar, xarici ticarətdəki azalmalar və cari kəsir haqqında məlumat verən Bolat bildirib ki, Türkiyə buna siyasi sabitliyi qoruyub saxlamaqla, iqtisadiyyatda aparılan islahatlarla, infrastruktur, nəqliyyat, enerji, sağlamlıq, təhsil və müdafiə sahəsində çox çalışaraq müvəffəqiyyət qazandı.

Türkiyənin geosiyasi üstünlüklərinə işarə edən nazir Ö.Bolat Türkiyənin xarici investisiyalar üçün eynilə investisiya və etibarlı ticarət bazasına çevrildiyini bildirib.



Seçilən
5
2
trt.net.tr

3Mənbələr