AZ

Rusiyada tanınmış bloqer İlya Varlamova cinayət işi açılıb

Rusiyada tanınmış jurnalist və bloqer İlya Varlamov barəsində cinayət işi açılıb.

Azpost.info bildirir ki, bloqerə qarşı Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi) iş açılıb.

Maksimum cəza 2 ilə qədər həbsdir.

İlya Varlamov 2023-cü ilin martında xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyi onun xaricdən maliyyə aldığını və dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yaydığını hesab edib.

Sentyabrın sonunda məlum olub prokurorluq onun barəsində cinayət işinin açılmasını tələb edir.

Seçilən
14
6
azpost.info

5Mənbələr