AZ

Dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözlənildiyindən... - Deputatdan təklif

"Büdcə tam dayanıqlı və realdır. Nəzərdə tutulan xərclərin maliyyələşməsini təmin etmək üçün bütün imkanlar mövcud olacaq. Beynəlxalq arenada ciddi maliyyə riskləri baş verməsə, inanıram ki, gələn ilin ikinci yarısında bu büdcənin artırılması istiqamətində toplana bilərik".

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Heydər Əsədov deyib. 

O bildirib ki, cəmiyyətin büdcədən gözləntiləri çoxdur və çox şeylər gözləyir:

"Dövlət daim bu gözləntilərə çox həssas yanaşıb, cəmiyyəti maraqlandıran ən əsas məsələlərin həllinə nail olub. Demək olar ki, gözləntilər sonsuzdur, amma imkanlar isə məhduddur. Bilməliyik ki, büdcə gəlirlərinin, vergi dərəcələrinin əsassız artırılması və yaxud iqtisadiyyatın vergi yükünün artırılması özü ilə bərabər növbəti illərdə iqtisadiyyatın daralmasına, iqtisadi aktivliyin sönməsinə, iş yerlərinin ixtisarına və s. arzuolunmaz hallara gətirib çıxara bilər. Eləcə də əsassız xərclərin artırılması bura aiddir. Əsassız xərclərin artırılması kapital bazarına, geniş pul kütləsinə, dövriyyəsinə çox ciddi təsir göstərməklə əsassız inflyasiya təzyiqi yaradır".

Deputat qeyd edib ki, yaxın və orta müddətdə dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözlənildiyindən, prioritet layihələrin maliyyələşdirilməsi üçün dövlət borcunun həcminin artırılmasına ehtiyac var: "Dövlətin iqtisadi strategiya sənədlərində bu borcun 10 milyarda qədər artırılması nəzərdə tutulub. Bizdə isə hazırda 5 milyarddan çox təşkil edir".

Mürtəza
Ölkə.Az

Seçilən
30
4
olke.az

6Mənbələr