Çinin "Siwei Gaojing-2 03" və "Siwei Gaojing-2 04" peykləri uğurla nəzərdə tutulan orbitə çatıblar.
Bakıvaxtı.az "Sinxua"ya istiandən xəbər verir ki, Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən hazırlanmış "Siwei Gaojing-2 03" və "Siwei Gaojing-2 04" "China Siwei Surveying and Mapping Technology Co., Ltd"yə məxsus kommersiya mikrodalğalı xəritəçəkmə peykləridir.
Tərtibatçıların fikrincə, bu iki peyk gecə-gündüz və bütün hava şəraitində yüksək dəqiqlikli radar təsvirlərini təmin edən və bu göstərici üzrə dünya üzrə lider səviyyəyə çatan yüksək dəqiqlikli radar yükləri ilə təchiz edilib. Bu peyklər orbitdaxili şəbəkə yaratmaq üçün əvvəllər buraxılmış optik peyklərə qoşularaq inteqrasiya olunmuş optik və sintetik diafraqma radar xidmətlərini təmin etmək imkanlarını daha da genişləndirəcək.
Bundan başqa, peyklərdə yeni texnologiyaların istifadəsi faydalı yükün səmərəliliyini 25 faiz artıracaq.
Gülşən Şərif