AZ

“COP29 uğurlu beynəlxalq tədbir olaraq yaddaşlara yazıldı” - SORĞU

SİA COP29-un nəticələri ilə bağlı ekoloqlar arasında sorğu keçirib:

"Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova:

“Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə bütün dünya üçün uğurlu bir beynəlxalq tədbir olaraq yaddaşlara yazıldı. Sammitin yekunları, gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə edilən yüksək nəticələr bütün dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Bir çox benəlxalq tədbirlərə təşkilatçılıq etmək baxımında böyük təcrübə toplamış Azərbaycan hökuməti COP29 tədbirini də yüksək səviyyədə keçirməklə dünya ökələrinə bir nümunə oldu. İqlim konfransında prezident İlham Əliyevin çıxışı və onun qətiyyətli mövqeyi bu gün də müzakirə edilməkdədir. Məhz onun cəsarətilə və uzaqgörən mövqeyinin nəticəsi olaraq “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək möqeyə gətirildi. Əldə olunan bu uğur qlobal investisiyaların yeni formasını təmin edəcəkdir. Eyni zamanda iqlimin sağlamlaşdırılması, ətraf mühitin bütövlüyü və şəffaflığında mühüm rol oynayacaqdır. Bu tədbirə dünya tədbiri demək olar və qürurvericidir ki, dünyanın bu möhtəşəm tədbirinə məhz Azərbaycan ev sahibliyi etdi və mühüm qərarlar qəbul edildi”.

Ekoloq, iqlimşünas Mirzəxan Mənsimov:

“COP29-da bir çox iqlim problemləri müzakirə edildi. Burada əsas məsələ maliyyələşmə idi. Hansı ki, “Paris sazişi” ilə bağlı qərar qəbul edildi. Uzun müddət davam edən müzakirələrdən sonra 300 milyard dollar məbləğində maliyyə vəsaitinin ayrılmasına qərar verildi. Belə ki, inkişaf etmiş ölkələr Yaşıl İqlim Fonduna inkişaf etməkdə olan və kasıb dövlətlərdə iqlim dəyişmələrinin təsirinin azaldılması, istixana qazlarının ətraf mühitə yayılmasının qarşısının almaq üçün maliyyə ayıracaq. Bu baxımdan COP29 çox əhəmiyyətli qərar qəbul etdi”.

İqlimşünas, ekoloq Məhərrəm Mehtiyev:

“COP29-a qədər görülməli olan işlərin bir çoxu həyata keçirilməmişdi. Belə ki, karbon krediti, maliyyənin ayrılması məsələləri yarımçıq qalmışdı. Lakin COP29-da bütün bu məsələlərə yer verildi və mühüm qərarlar qəbul olundu, maliyyə təsdiq olundu. Bununla da Azərbaycan COP29-a öz töhfəsini vermiş oldu”.

Seçilən
8
sia.az

1Mənbələr