AZ

"Hazırda "Mançester Yunayted" Premyer Liqanın ortabab komandasıdır" - Roy Kin

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin İngiltərə nəhənginin düşdüyü vəziyyətə növbəti dəfə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:

"Hazırda "Mançester Yunayted" Premyer Liqanın ortabab komandasıdır. Onlardan üstün olanların sayı kifayət qədər çoxdur. "Yunayted" hələ çox iş görməlidir. Baş məşqçi çox zəhmət çəkməli, çox çalışmalıdır. Reallıq budur ki, biz hələ də vəziyyəti müzakirə edirik. Onların bu vəziyyətdən çıxacaqlarına ümid edirəm".

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 12-ci turunda səfərdə "İpsviç"lə qarşılaşan "qırmızı şeytanlar" 1:1 hesablı heç-heçəyə razılaşıblar. Bu yeni baş məşqçi Ruben Amorimin MY-nin "sükanı arxası"nda debüt matçı olub. 

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr