AZ

Bu həftə Astanada KTMT-nin iclası keçiriləcək

Noyabrın 28-də Astanada KTMT-nin iclası keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə TASS Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, sammitdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq və bir sıra sənədlər qəbul ediləcək.

Daha əvvəl bildirilmişdi ki, KTMT liderləri Astanada Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə etmək üçün Qərb ölkələrinin icazə verməsi qərarını da müzakirə edəcəklər.

Azpost.info

Seçilən
11
azpost.info

1Mənbələr