AZ

Bərdədə 25 Noyabr - Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Peşə Liseyində 25 Noyabr - Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə bağlı tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Mehtiyeva, komissiyanın üzvü Liza Cabbarova və rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Arzu Rəşidzadə və liseyin tələbələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə komissiyanın sədri Səfurə Hümbətova açaraq qadın zorakılığına qarşı mübarizənin əhəmiyyətini və cəmiyyətin hər bir fərdinin bu mübarizədəki rolunu vurğulayıb. Daha sonra RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Mehtiyeva çıxış edərək qadın hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Rayon Polis Şöbəsinin əməkdaşı Arzu Rəşidzadə zorakılığa qarşı hüquqi tədbirlərdən, komissiyanın üzvü Liza Cabbarova isə zorakılığa qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi ilə vurğulayıblar.
Seçilən
17
moderator.az

1Mənbələr