AZ

Coğrafiyaçı alim bioloji müxtəlifliyin qorunmasına dair təkliflər irəli sürüb

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan üçün “Təbiəti mühafizə planı”nın hazırlanması üzrə işçi qrupunun ilk iclasında iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə keçirdiyi tədbirdə “Təbiəti mühafizə planı”nın formatı, strukturu və məzmunu, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün prioritet sahələr və ərazilər, əsaslı mühafizənin cari vəziyyəti müzakirə edilib.

Coğrafiyaçı alim iclasda “Təbiəti mühafizə planı”nın hazırlanması çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında bioloji müxtəlifliyin qorunması” mövzusunda çıxış edib. O bildirib ki, bioloji müxtəlifliyin qorunması üçün ekoloji şəbəkənin yaradılması zəruridir və bu həm regional, həm də respublika səviyyəsində olmalıdır. Ekoloji koridorlar, mühafizə olunan ərazilər, cəlbedici landşaftlar, təbiət abidələri ekoloji şəbəkənin elementləridir.

Alimin sözlərinə görə, ərazi üzrə infrastruktur, məskunlaşma, sənaye, iqtisadi layihələr ancaq ekoloji şəbəkə xəritəsi yaradıldıqdan sonra həyata keçirilə bilər.

Seçilən
20
tehsil.biz

1Mənbələr