İran Avropa “üçlüyü” (Almaniya, Böyük Britaniya, Fransa) ölkələri ilə ikiillik fasilədən sonra noyabrın 29-da Cenevrədə Tehranın nüvə proqramı üzrə danışıqları bərpa edəcək.
“Report” xəbər verir ki, məlumatı “Nour News” agentliyi yayıb.
Bildirilib ki, İran və Avropa “üçlüyü”nün nümayəndə heyəti noyabrın 29-da Cenevrədə görüşəcək.
ABŞ, Çin və Rusiya nümayəndələri görüşdə iştirak etməyəcək.
İranın nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançı başçılıq edəcək.
"Cebheinfo.az"