AZ

Azərbaycan klubu risk edir – Onu bu postu tapşırmaqla

"Sabah"ın bu gün baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırmasından xəbərdarsız.

Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Sportinfo.az xəbər verir ki, Rusiyanın "legalbet" saytı Masazır təmsilçisiinin Vasili Berezutski ilə danışıqlar aparması haqda yazdığımız xəbəri təsdiqləyib.

Hazırda 42 yaşlı bu mütəxəssis "Şanxay Şenxua"da (Çin) həmyerlisi Leonid Slutskinin köməkçisi işləyir. Əgər razılıq olarsa, Slutskinin Berezutkisini buraxacağı bildirilir.

Qeyd olunur ki, klub indiyədək baş məşqçi vəzifəsində işləməyən Berezutskinin təyinatında riskə getmək istəyir.

Berezutkski buna qədər SSKA-da Viktor Qonçarenko və Aleksey Berezutskinin, eləcə də "Krasnodar"da Qonçarenkonun köməkçisi vəzifəsində çalışıb.

İndiyədək "Sabah"da bir rusiyalı baş məşqçi - Murad Musayev də işləyib. O, buradan gedəndən bir müddət sonra “Krasnodar”la anlaşıb.

Seçilən
17
sportinfo.az

1Mənbələr