“Mingəçevirdəki yataqxanalarda bu gün bir otaqda bəzən iki ailə yaşayır. 12 kvadratmetr yerdə 5-6 nəfər yaşamağa məcbur qalıb”.
Bizim.Media xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, bu yataqxanalardakı ailələrin tədricən köçürülməsi məsələsinə baxılmasını təklif edib:
“Mingəçevridə 12 belə yataqxana var, onların tədricən sökülüb yerində sosial evlərin tikilməsi yaxşı olardı”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta