AZ

“Mingəçevirdə 12 kv.metr otaqda 5-6 nəfər yaşamağa məcbur qalıb” – DEPUTAT

“Mingəçevirdəki yataqxanalarda bu gün bir otaqda bəzən iki ailə yaşayır. 12 kvadratmetr yerdə 5-6 nəfər yaşamağa məcbur qalıb”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. 

O, bu yataqxanalardakı ailələrin tədricən köçürülməsi məsələsinə baxılmasını təklif edib: 

“Mingəçevridə 12 belə yataqxana var, onların tədricən sökülüb yerində sosial evlərin tikilməsi yaxşı olardı”. 

Günay Şahmar, Bizim.Media

Seçilən
26
31
bizim.media

10Mənbələr