“Football-plus.az” xəbər verir ki, funksioner Rusiyanın “Sport24” nəşrinə açıqlamasında belə deyib:
“Biz Kurban Berdıyevi işdən çıxarmamışıq və bunu etmək niyyətində deyilik. Komandamız üçüncü pillədədi. Baş məşqçimizlə hansısa münaqişə yoxdu. Başa düşmürəm ki, belə məlumatları kim yayır... Berdıyev Bakıdadı və kollektivlə işləməyə davam edir”.
Xatırladaq ki, bu gün Rusiya mətbuatında “Turan Tovuz” rəhbərliyi ilə baş məşqçinin münasibətlərinin pozulduğu və mütəxəssisin istefa verdiyi haqda xəbərlər dərc edilib.
KƏNAN BAHADIR