AZ

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Rusiya arasındaticarət əməliyyatlarının həcmi 3 milyard 942 milyon 426 min ABŞdolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 499milyon 371 min ABŞ dolları (14,5%) çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 10.01 %-i həcmində olub.

10 ayda Azərbaycan Rusiyaya 972 milyon 509 min ABŞ dollarıdəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,19% çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsulixracının 4.28%-i Rusiyanın payına düşüb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan məhsulidxalını illik müqayisədə 19,6% artıraraq, 2 milyard 969 milyon 917min ABŞ dollarına çatdırıb. Dövr ərzində Rusiya ilə idxaləməliyyatları ölkənin ümumi idxalının 17.85%-ni təşkil edib.

Seçilən
23
3
az.trend.az

3Mənbələr