Hurriyyet.az xəbər verir ki, Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu Bidzina İvanişvili yeni seçilmiş parlamentin bu gün keçirilən ilk iclasında ona verilən deputat mandatından imtina edib.
Xəbər verdiyimiz kimi, iclasın keçirildiyi zaman parlamentin binasının qarşısında etiraz aksiyaları davam edib. Etirazçılar 26 oktyabr seçkilərinin nəticələrinins saxtalaşdırıldığını iddia edərək, yeni seçkilərin keçirilməsini tələb ediblər.
Hürr Tərcüman