AZ

Rutte- Ərdoğan görüşü- Ukrayna məsələsində vasitəçilik xahişi,ya Yunan Kiprinin NATO üzvlüyü?...

Image


“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ankarada NATO-nun baş katibi Mark Ruttenin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü barədə  yazıb. A.Quliyev daha sonra yazır: "Ankarada NATO-nun baş katibi Mark Ruttenin Ərdoğanla görüşü yenicə başa çatdı.Nə müzakirələrin getdiyi çoxlarını maraqlandırır. Bəziləri  bu varianta üstünlük verir- "Rutte Ərdoğandan NATO- Rusiya münasibətlərində vasitəçi olmağını istəyib". Ola bilər. Lakin 2022- ci ildə Türkiyə və BMT- nin vasitəçiliyi ilə Ukrayna və Rusiyanın taxıl sövdələşməsi çox sürmədi və pozuldu. Bunu nəzərə almaq lazımdır.
Məncə Ruttenin Ərdoğanla görüşdə əsas hədəfi Yunan Kiprinin NATO üzvlüyünə Türkiyənin reaksiyasını öyrənmək idi. Dünən Kipr NATO üzvlüyünə müraciət edəcəyini bildirib. Kipr Türk Cümhuriyyətinin yekun statusu tanınmayınca  Yunan Kiprinin NATO- ya üzvlüyünə Türkiyənin reaksiyası çox ağrılı məsələ olacaq. Türk Kipri olmadan Yunan Kiprini AB- yə qəbul etdikləri bəs deyil?!... İndi də NATO söhbəti çıxıb."

Mətləb






Seçilən
11
baki-xeber.com

1Mənbələr