İraq əhalisinin sayı, ölkədə 37 ildə ilk dəfə keçirilən ümumi siyahıyaalmaya görə, 45,4 milyon nəfərdir. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Sudani xüsusi mətbuat konfransı zamanı bildirib.“Hazırda İraqda sakinlər və qaçqınlar da daxil olmaqla 45 milyon 407 min 495 nəfər yaşayır”, - deyə o bildirib. Əl-Sudani qeyd edib ki, əhalinin 50,1 faizi kişilər, 49,8 faizi isə qadınlardır. Baş nazir bildirib ki, 15 yaşa qədər əlil əhalinin payı İraqın ümumi əhalisinin 36,1 faizini, 65 yaşdan yuxarı olanların isə 3,7 faizini təşkil edir.İraqda 1987-ci ildən bəri əhalinin siayıhaalınması keçirilməyib. Bu il ilk ümumi əhalinin siyahıyaalınması noyabrın 20-də reallaşdırılıb. 1987-ci il siyahıyaalınmasına görə, İraqın 16,3 milyon əhalisi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta