AZ

Gövhər Baxşəliyevaya “Şöhrət” ordeni verildi

Əliyev onu "elmin inkişafındakı xidmətlərinə görə" təltif edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Gövhər Baxşəliyeva "Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Bildirilir ki, Gövhər Baxşəliyevaya orden səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə verilib.

Gövhər Baxşəliyeva 1954-cü ildə Bərdədə doğulub.

Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1977-ci ildən AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb.

Hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akademik Ziya Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur.

Gövhər Baxşəliyeva klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərbaycan ədəbi əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq, mənbəşünaslıq, habelə şərqşünaslığın digər istiqamətlərinə aid tədqiqatlar aparıb.

O, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Seçilən
33
arqument.az

1Mənbələr