AZ

"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"

Azərbaycanda iqtisadi həyatı canlandırmaq üçün dövlət və bələdiyyə mülkiyyətinə aid, 5 ildən artıq icarədə olan qeyri-yaşayış və torpaq sahələrinin güzəştli şərtlərlə özəlləşdirilməsi həyata keçirilməlidir.

Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, mülkiyyət sahibi olmayanlar adətən investisiya yatırmır, son nəticədə həmin qeyri-yaşayış və torpaq sahələri istifadəsiz qalır: "Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır", - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlara oradakı daşınmaz əmlakları, o cümlədən torpaq sahələrini güzəştli şərtlərlə özəlləşdirməyə imkan yaradılmalıdır: "Kommunikasiya xətlərinin üzərində yerləşməyən bütün yaşayış və qeyri-yaşayış sahələrinin ümumi qaydada özəlləşdirilməsi təmin edilməlidir ki, dövlət büdcəsinə vəsait daxil olsun".

F.Mustafa həmçinin təklif edib ki, ölklədə dini təhsilə daha çox vəsait ayrılsın: "Dini təhlükəsizliklə bağlı narahatlıq var. Azərbaycanda dini sahədə kənar amillərin ölkəmizə mənfi təsirləri daha qabarıq özünü göstərir"

Seçilən
20
sam.az

1Mənbələr