AZ

“ATACMS Moskva və Sankt-Peterburqu vurmayacaq” – Trampın müşaviri

ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın komandasında ən vacib fiqurlardan olan prezidentin milli təhlükəsizlik üzrə müşaviri (Hazırda bu vəzifəni Ceyk Sallivan daşıyır-red.) Mayk Uolts Ukraynaya ATACMS raketlərinin verilməsini şərh edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Uolts ATACMS raketlərinin Moskva və ya Sankt-Peterburqa zərbələr endirmək üçün istifadə edilməyəcəyini deyib.

“Fox News”-a danışan Uolts dolayısı ilə bu raketlərin Ukraynaya verilməsinin əleyhinə olmadığını göstərib və qeyd edib: “Vurğulamaq istəyirəm ki, onlar (ATACMS) hərbi anbarları və aerodromları hədəf alırlar. Onlar Moskva və ya Sankt-Peterburqa hücumlar üçün nəzərdə tutulmayıb”.

O deyib ki, Donald Trampın gələcək administrasiyası 2025-ci ilin yanvarında işə başlayandan etibarən Ukraynadakı münaqişənin həllinə cəlb olunacaq. Onun fikrincə, Avropa ölkələri danışıqlar prosesində “açar rolunu” oynamalıdır.

“AzPolitika.info”

Seçilən
20
azpolitika.info

1Mənbələr