AZ

Polşalı fermerlər hökuməti Ukrayna ilə sərhədi tamamilə bağlamaqla HƏDƏLƏDİLƏR

Polşalı fermerlər hökuməti dekabr ayında Ukrayna ilə sərhədi tamamilə bağlayacaqları ilə hədələyiblər.

Bizim.Media xəbər verir ki, Polşa mətbuatının qeyd etdiyi kimi, etirazçı liderlərdən biri Ukrayna ilə sərhəddə keçid məntəqələrinin bloklanmasına son qoyulmasının müvəqqəti olduğunu bildirib.

Hökumət buna əməl etməsə, etirazlar dekabrda bərpa olunacaq və daha da genişlənəcək: “Biz aksiyanı dayandırırıq, amma ondan əl çəkmirik. Əgər razılaşmalar yerinə yetirilməsə, biz geri qayıdacağıq, lakin bu, Polşanın bütün şərq sərhədində kütləvi etiraz olacaq”.

Qeyd edək ki, Polşada fermerlər martın 1-də Litva ilə sərhəddə Ukrayna taxılının idxalına qarşı etiraz aksiyalarına başlayıblar. Buna səbəb isə Ukrayna taxılının yerli məhsuldan daha ucuz qiymətə satılması və beləcə yerli istehsala zərər verməsi olub.

Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr