AZ

Çexiya ölkədəki ruslara bunu qadağan edəcək

Çexiyada Rusiya vətəndaşlarına çex vətəndaşlığı almaq qadağan oluna bilər.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu təşəbbüsü respublika parlamentinin deputatları irəli sürüb.

Təşəbbüs artıq parlamentin təhlükəsizlik komitəsi tərəfindən təsdiqlənib. Sənədləşdirilmiş variantın dekabrın 3-də Çexiyanın ali qanunverici orqanının təsdiqinə təqdim edilməsi planlaşdırılır.

Qeyd edilir ki, bu təklif Rusiya tərəfinin Ukrayna ərazisindəki hərəkətləri ilə bağlıdır.


Müəllif: Arzu
Seçilən
14
3
teleqraf.com

4Mənbələr