AZ

İsrail və Livan razılığa gəliblər

İsrail və Livan hərbi əməliyyatları dayandırmaq üçün şərti olaraq razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin hərbi-siyasi kabineti sazişin şərtlərinə noyabrın 26-da baxacaq.

Saziş sövdələşmənin icrasına nəzarət etmək və pozuntuların aradan qaldırılması üçün ABŞ-ın rəhbərlik etdiyi nəzarət komitəsinin yaradılmasını nəzərdə tutur.

Razılaşmanın şərtlərinə görə, İsrail ABŞ-la məsləhətləşdikdən sonra və Livan ordusunun təhlükəni aradan qaldırmayacağı təqdirdə hərbi əməliyyatlara əl ata biləcək.

Seçilən
44
operativmm.az

1Mənbələr