AZ

Böyük Qarabağ Zəfəri və COP29 bir-biri ilə bağlı hadisələrdir- niyə?

Image

Akif Nağı: "ABŞ prezidenti Co Bayden Bakıda keçirilən COP29 tədbiri və orada qəbul edilən qərarları çox yüksək dəyərləndirdi, Azərbaycan tərəfini təbrik etdi və xüşusi təşəkkürünu bildirdi"

Azərbaycan üçün böyük tarixi hadisə olan Bakı COP-u uğurla tarixə qovuşdu. On gün dünyanın ürəyi Bakıda döyündü - dünya mediasında müxtəlif aspektlərdən müzakirə edilən COP29-un nəticələri Azərbaycanın dostlarını sevindirdi, düşmənlərini isə məyus etdi. 

COP29-la bağlı - istər tənqidlər, istərsə də təqdirlər - dünya mediasında gedən müzakirələr, kəskin polemikalar geniş mənada Azərbaycanın xeyirinə nəticələndi. Çünki tənqidlərin əsas hədəfi istər-istəməz BMT oldu, o səbəbdən ki, tədbir bu beynəlxalq qurumun idi, dünya ölkələri isə özləri bu tədbirin Bakıda keçirilməsinə qərar vermişdi. Lakin Bakının bu səsləri almasının əsas səbəbi məhz Vətən müharibəsi oldu. Bir tərəfdən bu parlaq qələbə səbəbindən Azərbaycanı hərbi-siyasi güc kimi qəbul edənlər, digər tərəfdən həmin parkaq qələbə fonunda bizə təzyiq göstərmək istəyənlər COP29-un Bakıda keçrilməsinə səs verdilər. Nəticə isə, goründüyü kimi, yenə bizim qələbəmizlə başa çatdı.

Bakının əsas uduşu on gün dünyanın diqqət mərkəzində olmaq, ölkəni dünyaya daha çox tanıtmaq, vətənimizi ələ düşmüs fürsətdə daha çox təblig etmək oldu. Hansı ki, Bakı bundan yetərincə yararlandı.

COP29-un uğurla keçirilməsi Vətən müharibəsindən sonra yaradılmış yeni reallıqların dünya tərəfindən daha sıx mənimsənilməsində və həzm olunmasında necə rol oynadı? 76 min qonağın, 80- 90 dövlətin başçısının gəlməsi həm də müharibədən sonrakı reallıqların sayəsində mümkün oldu. Postmüharibə reallıqları olmasaydı, ölkələr bu qədər güclü şəkildə COP29-da təmsil olunmazdılar, deyilmi?

Sualımıza cavabında politoloq Akif Nağı bildirdi ki, hazırda COP29 həm dünyada, həm də postsovet məkanında çox ciddi şəkildə müzakirə edilir və hələ uzun müddət bu müzakirələr davam edəcək: "Çünki postsovet məkanında COP ilk dəfə Azərbaycanda keçirildi. COP29 Bakıda çox yüksək səviyyədə baş tutdu və mühüm qərarlar qəbul edildi. Dünyada bu tədbirə münasibət birmənalı olmadı - təqdir edənlər də, tənqid edənlər də, pozmaq istəyənlər də var idi. Amma buna baxmayaraq, hər kəs qəbul etdi ki, COP29 Bakıda yüksək səviyyədə keçirildi və burada dünya üçün mühüm qərarlar qəbul edildi. Hazırda Avropa və Amerika mətbuatında ciddi müzakirələr gedir. Əsas xətt də ondan ibarətdir ki, tədbir müsbət dəyərləndirilir.

Bu tədbirdə nə qədər adamın iştirakı, necə ölkənin qatılması vacib deyil, əsas məsələ burada qəbul edilən qərarlar və o qərarların icra üçün işlək mexanizmlərə malik olmasıdır. Hesab edirəm ki, bu baxımdan Bakı COP-u çox ciddi nəticələrə imza atdı, dünya üçün mühüm qərarlar qəbul edildi. On ildən sonra Paris razılasmasının bir necə maddəsinin işlək mexanizmləri razılaşdırıldı. Dünya ölkələri karbon bazarının formalaşdırılması və karbon istehsalı sahələrinin getdikcə məhdudlaşdırılmasna razılaşdılar.

Məsələn, kömürlə işləyən istilik elektrik stansiyalarının sayının maksimum məhdudlaşdırılması və tədricən onun yerinə alternativ enerji mənbələrinin yaradılması qərara alındı. Bununla yanaşı, ölkələr karbon qazının zərərsizləşdirilməsi üçün geniş meşə massivlərinin salınması barədə öhdəlik götürdü.

Bildiyiniz kimi, sammitin son günu müzakirələr gecə saatlarına qədər davam etdi. Burada əsas mübahisəli məsələ Zərərin Ödənilməsi Fonduna ayrılan vəsaitin həcmi ilə bağlı idi. İnkişaf etmiş ölkələr daha az, iqlim dəyişmələtindən zərər çəkən ölkələr isə daha çox vəsaitin ayrılmasında israr edirdilər. Azərbaycan zərərcəkən, inkişaf etməkdə olan ölkələri dəstəklədi. İnkişaf etməkdə və hələ də müstəmləkə altında olan ölkələr Azərbaycan ətrafında cəmləşdilər. Bu ölkələr Azərbaycana ümud yeri kimi baxırlar. Azərbaycan isə onların ümudlərini doğrultdu. Nəticədə Azərbaycanın təkidli tələbi ilə ildə 300 milyard dollar vəsaitin bu fonda yığılması ilə bağlı qərar qəbu edildi. Bu məbləğin 100 milyard dollar olmasında da təkid edənlər var idi. Lakin Azərbaycanın təklifinin qəbul edilməsi onun mövqeyini gücləndirdi.

Vətən müharibəsindən sonra Azərbaycana qarşı müxtalif istiqamətlərdə hücumlar oldu. Amma bu hücumların fonunda Azərbaycana artıq gücü olan ölkə kimi baxılmağa başlanıldı. COP29 ərəfəsində Amerika və Avropa İttifaqının vətəndaş cəmiyyətlərinin Bakıya qarşı kəskin hücumlarını müşahidə etdik. Bəziləri dövlət başçisı səviyyəsində təmsil edilməməklə tədbirin səviyyəzmsini endirmək, Azərbaycanın nüfuzuna zərbə vurmaq istədi. Amma qəbul edilən qərarlar bu tədbirin, o cünlədən də ev sahibi kimi Azərbaycanın nüfuzunu yüksəltdi. Lakin Amerika və Avropa ölkələri bunu istəmirdi.

Digər tərəfdən, Almaniya xarici işlər naziri Annalena Berbek Bakıda diplomatik etiketlərə sığışmayan hərəkətlər etdi. O, Bakıda yüksək səviyyətə qarşılansa da, özünü nadan və cahil kimi apardı. Belə çıxışlar COP tədbirlərinin siyasikəşdirilmədinə səbəb olur ki, bu da tədbiri kontekstdən çıxarır. Annalena Berbakın hərəkəti iqlim dəyismələrinə qarşı mübarizəni arxa plana atır. Nəyə görə AŞPA-nın 60-dan çox deputatı dəvət edilmədi, onlara Bakıya gəlmək qadağan edildi? Bunlar qərəzin göstəricisidir.

Amerika heyət göndərmişdi, amma onların içərisində təxribatçılar da var idi. Onlara da qarşı adekvat tədbirlər gorüldü. Amma bütün bunlara rəğmən, ABŞ prezidenti Co Bayden Bakıda keçirilən COP29 tədbiri və orada qəbul edilən qərarları çox yüksək dəyərləndirdi, Azərbaycan tərəfini təbrik etdi və xüşusi təşəkkürünü bildirdi. Avropa İttifaqı da tədbirin uğurla başa çatmasından məmnunluğunu ifadə etdi. BMT-nin baş katibi tədbirin sahibi kimi axıra qədər COP29-da iştirak etdi. Sonda isə Antonio Quterreş tədbirin təşkilatçılığını da, orada qəbul edilən qərarları da yüksək qiymətləndirdi.

Bu beynəlxalq tədbirin Bakıda keçirilməsi üçün əsas zəmini məhz Azərbaycanın 44 günlük müharibədəki parlaq qələbə yaratdı. Çünki bu qələbə həm də 30 il icra edilməyən BMT qətnanələrinin icrasını təmin etdi və dünyanı Azərbaycanla hesablaşmağa məcbur etdi. Düzdur, Ermənistan da daxil, Azərbaycana qarşı köklənən bir qrup qüvvələr ona gorə COP29-un Bakıda keçrilməsinə səs vermişdilər ki, bununla Azərbaycana ciddi təzyiq göstərib, öz çirkin məqsədlərinə nail olsunlar, amna bu da baş tutmadı. Artıq Azərbaycana qarşı olan qüvvələr də başa düşdü ki, hərb meydanında olduğu kimi, siyasi məsələlərdə də rəsmi Bakı ilə razılaşmaqdan başqa yol yoxdur.

Tədbirə 76 min nümayəndənin, o cümlədən 80-dən çox dövlət liderinin qatılması həm də dünyada Azərbaycanın haqq işinə bir dəstək nümayişi oldu".

Dəniz NƏSİRLİ





Seçilən
24
baki-xeber.com

1Mənbələr