AZ

Bakıda ər və arvad "iPhone" üstə BOŞANDILAR

Bakıdakı məşhur "Buta Palace" sarayında 1 ay əvvəl toyu keçirilən bəy və gəlin boşanıb.

Milli.Az xəbər verir ki, bu barədə vəkil İsrafil Əlili "Facebook" hesabında paylaşıb.

O bildirib ki, ər-arvadın birgə yaşadığı müddət yalnız bir ay olub.

Vəkil bu boşanma prosesində tərəflərdən birinin vəkili olub.

Vəkil bildirib ki, bəy-gəlinin "Buta Palace"dakı toyunda yalnız zalın bəzədilməsinə 100 min manatdan çox pul xərclənib:

"Toyda iştirak edən müğənnilərə verilən məbləğlə Yeni Yasamalda ikiotaqlı təmirli mənzil almaq olardı. Toy avtomobilinin 3-4 saatlıq icarə haqqı isə bir vəkilin 3-4 ay ərzində aldığı xidmət haqqından daha çox idi. Gəlinin bəzənməsini məşhur stilist Anar Ağakişiyev edib və ona da 4 rəqəmli məbləğ ödənilib. Ancaq nəticədə tərəflər arasında bazar qiyməti 2 min manat olan 'iPhone' telefonuna görə mübahisə yaranmışdı. Bu prosesdə insanlıq naminə məni çox kədərləndirən mənzərələrə şahid oldum, amma nəticədə müsbət bir hal yaşandı. Toyu 'Buta Palace'da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım."

İsrafil Əlili boşanan cütlüyün dava etdiyi "iPhone" telefonunun kimdə qaldığını da açıqlayıb:
"Bu mübahisədən qalib tərəf mən oldum, yəni arvad. 'iPhone' cihazı bizdə qaldı."

Vəkil boşanan ər-arvadın ad və soyadlarını isə gizli saxlayıb.

Aysel Əkbər
Milli.Az

Seçilən
12
2
milli.az

3Mənbələr