AZ

İranda din xadimi beş il azadlıqdan məhrum edilib

İran ruhanilər məhkəməsi Sistan və Bəlucistan əyalətinin Rask bölgəsinin imam cüməsi Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edib.

Bu barədə onun oğlu Mövləvi Abdul Qafar Nəkşbəndi bildirib.

Məlumata görə, o, cümə xütbələri zamanı İslam Respublikasına qarşı \"yalan yaymaqda” ittiham olunub.

Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi əyalətin sünni icmasının aparıcı din xadimlərindən sayılır.
 

Seçilən
9
6
azxeber.com

7Mənbələr