“Volkswagen”in rəhbəri Almaniyada fabriklərin tezliklə bağlanacağını açıqladı
“Volkswagen”in baş direktoru Tomas Şefer, xərcləri 4 milyard avro azaltmaq üçün Almaniyadakı fabriklərin bağlanmasının və işçilərin işdən çıxarılmasının qaçılmaz olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“İstənilən həll həm həddindən artıq gücü, həm də xərcləri azaltmalıdır. Əks halda, bu, bizim üçün ciddi nəticələrlə bitə bilər”, - Tomas Şefer bildirib.
Top menecer qeyd edib ki, əksər iş yerlərinin ixtisarı insanların işdən çıxarılması və ya vaxtından əvvəl təqaüdə çıxması yolu ilə həyata keçiriləcək. Bundan əlavə, işçilərin maaşlarının 10% azaldılması təklif edilir. Konsern həmçinin 3-4 il ərzində maliyyə restrukturizasiyasını həyata keçirməyi planlaşdırır, çünki bu, 2035-ci ilə qədər təxirə salınarsa, rəqibləri “Volkswagen”i ötəcək.