Belə ki, 1-ci liqada mübarizə aparan “Erzeni” Quliyevə baş məşqçi dəvəti göndərib. Lakin ötən ay maaşı verilmədiyinə görə Albaniyadan qayıdan mütəxəssisin hansı qərarı verəcəyi dəqiq bilinmir.
Görəsən, Quliyev ikinci dəfə Albaniyaya yollanacaq?
Rüfət bəyin “Football-plus.az”a cavabı belə oldu:
“Doğrudu, Albaniyanın 1-ci klubu “Erzeni” mənə təklif göndərib. Düzü, vəziyyətləri çda yaxşı deyil. Amma məni baş məşqçi kimi görmək istədilər. Lakin ailə vəziyyətimə görə Albaniyaya qayıda bilmirəm. Ondan öncə də dediyim kimi, Azərbaycanda qalacam. Hazırda xaricə getməyim real görünmür. Burda qalıb işləmək istəyirəm. Hələ ki, təklif yoxdu. Ona görə də məcburən gözləyirəm”.
RÖYANƏ OĞUZ