AZ

Aİ ətraf mühit və ekologiya problemlərinə ən etinasız yanaşan birlikdir

"Mən hesab edirəm ki, Avropa İttifaqı rəhbəri Ursula fon Der Lyayenin BMT-nin dünyada ən önəmli tədbiri olan COP29 tədbirində Bakıya gəlməli, bu müzakirələrdə aktiv şəkildə iştirak etməli idi. Aİ rəhbərinin Bakıya səfəri Azərbaycanla bağlı olan məsələ olduğunu hesab etmirəm. Ursula fon Der Lyayen bundan əvvəl dəfələrlə ölkəmizə gəlib, hətta Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi ilə bağlı saziş imzalananda və Azərbaycandan Avropaya ixrac edilən qazın həcminin artırılması mərasimində Ursula fon Der Lyayen ölkəmizə səfər etmişdir". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Sadəcə olaraq Aİ bu gün ətraf mühit və ekologiya problemlərinə ən etinasız yanaşan birlikdir. Aİ-yə daxil olan ölkələr Fransa da başda olmaqla karbon emissiyaları məsələsində üzərinə düşən məsələləri heç vaxt yerinə yetirmirlər. Həmçinin ölkələrə qarşı yanaşmalarda da obyektivlik və ədalət hisslərini sonuna qədər qorumayıblar. Bu gün Aİ iqlimə bu qədər problenlər yaradır, ətraf mühiti çirkləndirirsə, onların Bakıya gəlib Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq bir tədbirdə deməyə sözləri yoxdur deyə düşünürəm. Ursula fon Der Lyayen yaxşı başa düşür ki, o COP29 tədbirində iştirak edəcəyi təqdirdə ona kifayət qədər kəskin və ritorik suallar veriləcəkdi. Özəlliklə, Aİ-nin Azərbaycan əleyhinə siyasətilə bağlı. Bu baxımdan onun Bakıya gəlməməyin səbəbi daha çox Aİ-nin ekoloji məsələlərdə üzərinə düşəni etməməsi ilə bağlı idi".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr